ABŞ prezidenti Donald Tramp Hörmüz boğazının ABŞ-ın nəzarəti altında olduğunu iddia edərək, onun adını “Tramp boğazı” olaraq dəyişdirməyi təklif edib.
Tezadlar.az xəbər verir ki, sosial media paylaşımında Tramp Hörmüz boğazı ilə bağlı şərh verib. ABŞ-nin boğaz üzərində nəzarəti ələ keçirdiyini iddia edən Tramp maraqlı bir açıqlama verib: “İndi ABŞ-ın nəzarəti altında olduğumuz üçün Hörmüz boğazının adını Tramp boğazı olaraq dəyişdirməliyikmi? Amerikanın özü kimi, bu boğaz da əvvəlkindən daha populyar olardı.”
Əvvəlki açıqlamalarında Tramp həmçinin Hörmüz boğazının Amerika donanmasının nəzarəti altında olduğunu iddia etmişdi.
ABŞ prezidenti həmçinin boğazın “ABŞ ərazisi” hesab edilə biləcəyini iddia etmişdi.
ELBAR







