Türkiyədə Karesi rayonunda iki qardaş arasında baş verən bıçaqlı dava bir ölüm və bir yaralanma ilə nəticələnib.
Tezadlar.az xəbər verir ki, mübahisə Maltepe məhəlləsindəki İşıl küçəsindəki bir evin bağçasında A.O. ( yaş 50) ilə qardaşı Y.T.O. (yaş 48) arasında baş verib.
Mübahisə davaya çevrilib və hər iki qardaş bir-birini bıçaqlayıb.
Məlumat əsasında hadisə yerinə polis və tibb qrupları göndərilib.
Tibb işçiləri Y.T.O.-nun hadisə yerində öldüyünü müəyyən ediblər.
Yaralanan A.O. tibbi yardım aldıqdan sonra xəstəxanaya aparılıb.
ELBAR







