Əsas məzmuna keç

Əcnəbi vətəndaşların Gürcüstandan kütləvi deportasiyası davam edir

Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlər ərzində 93 xarici ölkə vətəndaşını Gürcüstandan deportasiya edib. Tezadlar.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, deportasiya tədbirləri nazirliyin müvafiq bölmələri ilə sıx koordinasiya şəraitində həyata keçirilib. Məlumata əsasən, ölkədən deportasiya edilən şəxslər Hindistan, İordaniya, Rusiya, Kuba, Türkmənistan, Azərbaycan, İraq, Türkiyə, Kamerun, Nigeriya, Banqladeş, Benin, Efiopiya, Misir, Yamayka, Sudan, Əlcəzair və digər ölkələrin vətəndaşlarıdır. İstintaq zamanı müəyyən edilib ki, saxlanılan şəxslər “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanuna əsasən ölkədə qanuni əsas olmadan qalıblar.
Nazirlik onu da bildirib ki, qüvvədə olan qanunvericiliyə əsasən həmin şəxslərin Gürcüstana girişi qadağan edilib. 

Təəssüf ki, deport edilənlər arasında Azərbaycan vətəndaşları da var. Lakin nazirlik onların Gürcüstanda olma və qanunları pozma səbəbini konkret göstərməyib.

Səbuhi

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…