Dünəndən Norveçdə Rusiya Federasiyasına məxsus “Professor Molçanov” gəmisi saxlanılıb. Tezadlar.az xəbər verir ki, bu barədə Ukraynanın ən böyük milli neft-qaz şirkəti “Naftoqaz” məlumat yayıb. Şirkətin bildirdiyinə görə, gəminin saxlanılması “Naftoqaz”ın müraciəti əsasında həyata keçirilib. Gəmidən kommersiya məqsədli ekspedisiya kruizləri üçün istifadə olunub. Norveçin Nur-Troms və Senya dairə məhkəməsi gəminin saxlanılması barədə qərarı 31 avqust 2026-cı ildə qəbul edib. Qərarın məqsədi Rusiyanın “Naftoqaz” qrupunun Krımın ilhaq olunmuş ərazisindəki aktivlərini qanunsuz olaraq müsadirə etməsinə görə təyin edilmiş arbitraj qərarının icrasını təmin etməkdir. Arbitraj qərarına əsasən, Rusiya “Naftoqaz” qrupuna təxminən 4,22 milyard dollar, həmçinin faiz və məhkəmə xərcləri ödəməlidir.
Şirkətin açıqlamasında qeyd olunub ki, məhkəmə qərarına əsasən, gəminin hazırda yerləşdiyi ərazini tərk etməsinə icazə verilmir.







