Ermənistanın Baş naziri Nikol Paşinyan rusiyalı həmkarı Vladimir Putinlə ikitərəfli münasibətlərin inventarlaşdırılması barədə razılığa gəldiyini açıqlayıb.
“Bişkekdəki görüşdə müəyyən razılaşmalar əldə edildi. Xüsusilə, biz “Ermənistan-Rusiya münasibətləri” anlayışının praktikada nə demək olduğunu anlamaq üçün inventarlaşdırmalıyıq.
Yəni, hansı məqamları əhatə etdiyini, hansı məsələlərdə ortaq mövqelərimizin olduğunu və hansı məsələlərdə fikir ayrılığımızın olduğunu”, – deyə Paşinyan hökumət iclasından sonra keçirilən brifinqdə bildirib.
Nüvə elektrik stansiyası ilə bağlı tərəflər artıq razılığa gəliblər: sentyabr ayında Rosatom rəhbəri Aleksey Lixaçev Yerevana Rusiyanın yeni stansiyanın tikintisi təklifini təqdim edəcək.
Paşinyan bir daha təkrarladı ki, bu, geosiyasi məsələ deyil; Ermənistan ən yaxşı qiymət/keyfiyyət nisbətini seçəcək.
Putinlə görüşdə dəmir yolu məsələsi də müzakirə olunub.
“Bu məsələni bir şəkildə həll etməli olduğumuz barədə bir anlayış var. Mənə aydındır ki, mövcud vəziyyət uzun müddət davam edə bilməz və həll yolu tapılmalıdır”, – deyə baş nazir əlavə edib.
JASMİN







