Sən demə, Ukrayna münaqişəsinin həlli üçün şans var… Tezadlar.az “Komsomolskaya pravda”ya istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadiyyat Forumunda çıxışında bildirib. Onun sözlərinə görə, əvvəlcə Rusiya və Ukrayna razılığa gəlməlidir, digər ölkələr yalnız kömək edə bilər. Rusiya lideri bu prosesə kömək etməyə çalışan bütün ölkələrə təşəkkür edib. Bununla belə, Putinin fikrincə, Ukraynanın mülki aviasiyaya qarşı təhdidləri ikitərəfli sülh danışıqlarının aparılma ehtimalını çətinləşdirir. Rusiya prezidenti mülki təyyarələrə hücumları “dövlət terrorizminin” təzahürü adlandırıb. “Mülki təyyarələrə hücumlar, əlbəttə ki, dövlət terrorizminin təzahürüdür… Və bu, ikitərəfli sülh danışıqlarının aparılma ehtimalını şübhəsiz ki, çətinləşdirir”.
Putin Ukrayna ilə xüsusi xidmət orqanları xətti ilə təmasların davam etdiyini də söyləyib.
Rəsmi Kiyev isə hələki Putinin bu bəyanatına şərh verməyib.







