Əsas məzmuna keç

“Tuğyan mənə iki mənzil təklif etdi, mən də atdım” – Müğənninin ölümünün detalları açıqlandı

Xəbər verdiyimiz kimi, qızı tərəfindən öldürüldüyü deyilən müğənni Gülün ölümü böyük rezonans doğutmuşdu.

Türkiyədə ötən il müəmmalı şəkildə həyatını itirən müğənni Gül Tutun (Güllü) ölümü ilə bağlı detallar bəlli olub.

Tezadlar.az  xəbər verir ki, ötən il 26 sentyabrda Yalovadakı evinin 6-cı mərtəbəsindəki pəncərədən yıxılaraq ölən 52 yaşlı Güllünün ölümü ilə bağlı istintaq çərçivəsində Tuğyan həbs edilib, Sultan isə ev dustaqlığına buraxılıb.

İstintaq çərçivəsində hadisənin yeganə şahidi Sultan Nur Ulunun (ifaçının qızı Tuğyan Ülkem Gülterin rəfiqəsi – red.) prokurorluqda hadisəni canlandırdığı görüntülər və atasının telefon danışığı zamanı səsləndirdiyi ifadələr ortaya çıxıb.

Sultan prokurorluqda hadisəni yenidən canlandıraraq Tuğyanın anası Güllünü pəncərədən itələdiyi anı göstərib.

Sultan prokurorluğa verdiyi ifadədə bildirib ki, “Tuğyanın arxadan anasının ayaqlarını tutduğunu, onu bir az yuxarı çəkdiyini gördüm. Sonra Tuğyan “qaç” deyə qışqırıb aşağı eniş etdi. Mən də onun ardınca getdim”.

Digər tərəfdən Sultanın atası ilə rəfiqəsi arasında keçən telefon zəngi də dinlənilib. Səsdə deyilir:

“Mənə qətiyyən fərqi yoxdur. Heç kimdən qorxmuram. Sultan və Tuğyan bilirlər. Qoy hamısı həbsxanaya getsin. Sultan mənə dedi ki, “Bizi bağışla, ata. Biz öldürdük”. Sabah bu barədə onlarla danışacağam. “Tuğyan mənə iki mənzil təklif etdi, mən də atdım”.

 

axşam

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…