Əsas məzmuna keç

Tağıyevin xanımına sataşan necə cəzalandırılıb?

 …Bütün ömrünü çalışıb qazanmağa və qazandıqlarını özü, eləcə də demək olar ki, hamı üçün xərcləməyə həsr edən Hacı Zeynalabdin Tağıyevin sıxıntı, qorxu və təşvişlə keçən vaxtları da olmuşdur. 1912-ci ildə təkcə Azərbaycanda deyil, Rusiyada və bir çox İslam ölkəsində əks-səda doğuran və həyəcana səbəb olan bir hadisə baş verdi. Bu hadisə Tağıyevin məhkəməyə verilməsi və mühakimə olunması idi. Hadisə belə cərəyan etmişdi: Tağıyevin maddi köməyi ilə təhsil alan Lütfəli bəy Behbudov yay aylarında onun yanında işləyirdi.
Hacı Zeynalabdin Tağıyev ifadəsində demişdi ki, mayın 16-da səhər yeməyində Behbudovla bağlı söhbət zamanı həyat yoldaşı [Sona xanım] ona “sənin Behbudovun şərəfsizdir. Onu işdən çıxart” deyib. Sona xanım izah edib ki, Behbudov onunla yaxınlıq etməyə başlayıb, əlindən tutaraq onu öpməyə çalışıb və o da Behbudovu özündən kənara itələyib.
 Tağıyev Behbudovun həyat yoldaşına qarşı rəftarından onu cəzalandırmaq istədi və adamlarına (bir rəvayətə görə özü də) Behbudovu döydürdü. Bu hadisədən xəbər tutan Tağıyevin rəqibləri, xüsusən də ermənilər Behbudovu məhkəməyə müraciət etməsi üçün dilə tutdular. Tağıyevin məhkəməyə verildiyini eşidən bir çox insan məhkəməyə teleqram vurdu. Məhkəmənin sonunda Tağıyev iki il yarım həbs cəzası aldı, lakin cəzanın bağışlanması üçün Çarın yanına gedən Əlimərdan bəy Topçubaşov, Musa Nağıyev, Mirzə Əsədullayev və M.Rza Vəkilovdan ibarət heyət cəzanın əfv olunmasında böyük rol oynadı.
Bu da bir tarixi dərs və məqam…
Tezadlar.az 
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…