Türkiyə Superliqası təmsilçisi “Qaziantep” yeni baş məşqçisini açıqlayıb.
Tezadlar.az xəbər verir ki, klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Türkiyə yığmasının sabiq futbolçusu Orhan Akla anlaşıb.
46 yaşlı mütəxəssis cari mövsümün sonuna qədər Qaziantep kollektivinin uğurları üçün çalışacaq.
Orhan Ak futbolçu karyerası ərzində, 2003-2008-ci illərdə “Qalatasaray”ın formasını geyinib.
Qeyd edək ki, “Qaziantep” klubu Superliqada 4 xalla 7-ci sırada qərarlaşıb.







