Bəlkə də bu tarixi bir şans olacaq: Ukrayna 5 sentyabr saat 00:00-dan 8 sentyabr saat 23:59-dək atəşkəs elan edib. Tezadlar.az “Ukrayinska Pravda”ya istinadla bildirir ki, ordu bölmələrinə artıq atəşkəs əmri çatdırılıb. Qərara əsasən hərbçilər dörd gün ərzində atəşkəsə əməl etməlidirlər.
Zəruri məlumat: ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Carde Kuşner sabah Rusiya-Ukrayna münaqişəsi üçün sülh planı ilə Moskvaya səfər edəcəklər.
Bəs Rusiya ordusu da bu qərara əməl edəcəkmi? Artıq bu gündən narahatlıqlar var və xüsusi nümayəndələr bu barədə məlumatlandırılıblar.
A.Məmmədli






