Əsas məzmuna keç

Rusiya ilə sərhədin bağlanması Finlandiyada işsizliyin artmasına səbəb olub

Finlandiya hakimiyyəti tərəfindən Rusiya ilə sərhədin bağlanması Finlandiyanın sərhəd bölgələrində işsizliyin artmasına səbəb olub.

Tezadlar.az xəbər verir ki, bu barədə Finlandiyanın Naapuriseura ictimai təşkilatının sədri Yauri Varvikko RİA Novosti-yə bildirib.

O bildirib ki, “Sərhəd bölgələrindəki bir çox şəhər yüksək işsizliklə üzləşir”.

Varvikkonun sözlərinə görə, sərhədin bağlanması Şərqi Finlandiyada turizm və biznes fəaliyyətinə ən çox zərbə vurub. O qeyd edib ki, turizm yönümlü bir çox müəssisə iflasa uğrayıb və ya bağlanıb. Rusiya ilə Finlandiya arasındakı münasibətlər Rusiya-Ukrayna münaqişəsinin başlanğıcından bəri xeyli pisləşib.

4 aprel 2023-cü ildə Finlandiya NATO-nun 31-ci üzvü olub. Həmin ilin noyabr ayında Finlandiya hakimiyyəti Rusiya ilə sərhədin mərhələli şəkildə bağlanmasına başlamaq qərarına gəlib. Bundan əvvəl Finlandiya hökuməti Rusiya ilə sərhədi müvəqqəti olaraq bağlayan qanunun müddətini uzatmağı təklif etmişdi. Söhbət qanun icazəsiz girişlə mübarizə üçün müvəqqəti tədbirlərdən gedir; o, 31 dekabr 2028-ci ilə qədər uzadılacaq.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…