Əsas məzmuna keç

Solomon adalarında zəlzələ olub

Solomon dənizindəki Solomon adalarında 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.

Moskva vaxtı ilə saat 07:05-də qeydə alınan zəlzələnin episentri Solomon Adalarının paytaxtı Honiara şəhərindən 332 km cənub-şərqdə yerləşib.

Episentrdəki təkanın intensivliyinə əsasən, seysmik hadisə “dağıdıcı” kimi qiymətləndirilir.

ABŞ Geoloji Xidməti zəlzələnin gücünün 5,6 bal olduğunu, ocağının isə 38,5 kilometr dərinlikdə yerləşdiyini bildirib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…