Əsas məzmuna keç

ABŞ Ukrayna üçün “sülh paketi” hazırlayır

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ ilə Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı aparılan sülh danışıqlarını “çox məzmunlu” adlandırıb. Tezadlar.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Zelenskinin sözlərinə görə, Ukrayna və ABŞ nümayəndələri hava hücumundan müdafiə raketlərinin tədarükünü və qış mövsümünə hazırlıq çərçivəsində Ukraynaya dəstək paketini müzakirə ediblər. Tərəflər həmçinin Ukraynanın təhlükəsizlik və iqtisadi təminatlarını, eləcə də müharibədən sonrakı rifah planını müzakirə ediblər. Zelenski bildirib ki, ABŞ və Avropadan olan nümayəndələr Ukraynanın son 10-12 ay ərzində daha da gücləndiyini qeyd ediblər.
 Ukrayna lideri Rusiya ilə üçtərəfli görüşlərin keçirilməsinin vacibliyini də vurğulayıb: “Rusiya ilə üçtərəfli görüşlərin keçirilməsi üçün əlimizdən gələni etməliyik. Rusiyanın nə deyəcəyini görməliyik”. ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner Kiyevdə bildirib ki, ABŞ Ukrayna müharibəsinin sona çatdırılması məqsədilə “sülh paketi” hazırlayır. Kuşner bildirib ki, gələcək danışıqların Ukrayna, Rusiya və ABŞ-ın iştirakı ilə üçtərəfli formatda keçirilməsinə ümid edir.

Qeyd edək ki, Kiyevdə ABŞ tərəfini Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və onun kürəkəni Cared Kuşner təmsil edib. Onlar bundan əvvəl Moskvada Rusiya Prezidenti Vladimir Putinlə üç saatdan çox davam edən görüş keçiriblər. Reuters-in məlumatına görə, tərəflər yeni üçtərəfli danışıqların keçirilməsi imkanını da müzakirə ediblər.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…