Əsas məzmuna keç

Rusiya və Belarus taxılına sərt məhdudiyyət hazırlanır

Latviya Rusiya və Belarusdan idxal olunan taxıla 300 %-lik tarif tətbiq etməyi planlaşdırır.

Tezadlar.az Latviya mediasına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin Baş naziri Andris Kulberqs bildirib.

Onun sözlərinə görə, hökumət həmçinin Ukrayna taxılının qanunsuz daşınmasının aşkarlanması və sanksiyaların tətbiqi üçün mexanizmlər hazırlamaq niyyətindədir.

Kulberqs bildirib ki, artıq bu məsələ Estoniya ilə müzakirə olunub və Litva ilə də analoji söhbət aparmağı planlaşdırır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…