Əsas məzmuna keç

Macarıstan 10 rus diplomatını ölkədən çıxarır

Macarıstanın xarici işlər naziri Anita Orban ölkə hakimiyyətinin on rus diplomatını Macarıstandan çıxardığını açıqlayıb.

Tezadlar.az xəbər verir ki, o, bunu özünün X sosial media səhifəsində yazıb.

“Mənim göstərişlərimə əsasən, çərşənbə axşamı Xarici İşlər Nazirliyinin müvafiq rəsmisi Rusiyanın Macarıstandakı səfirinə məlumat verib ki, Macarıstan hakimiyyətinin məlumatına görə, Rusiya missiyasının on üzvü Macarıstanda Vyana Konvensiyasına əsasən diplomatlar üçün qəbuledilməz olan fəaliyyətlərlə məşğuldur. Buna görə də Macarıstan tərəfi bu şəxsləri Macarıstanı tərk etməyə çağırıb”, – deyə o bildirib.

Onun sözlərinə görə, bu qərar Rusiya ilə diplomatik münasibətlərin kəsilməsi demək deyil.

Macarıstan əvvəllər Rusiyanı təhdid elan etmişdi və bu da Rusiyanın xəbərdarlığına səbəb olub.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…