Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-nin xüsusi elçiləri Stiven Uitkoff və Cared Kuşnerin növbəti dəfə Kiyevə uçmasını təklif edib.
Tezadlar.az xəbər verir ki, Telegram-dakı Novosti.live kanalının məlumatına görə, Ukrayna lideri təklifini jurnalistlərlə bölüşüb.
“Onlar Kiyevin necə yaşadığını gördülər, uçmağın mümkün olduğunu gördülər. Düşünürəm ki, növbəti dəfə uçmağa cəhd edə bilərik”, – deyə Ukrayna lideri bildirib.
O, həmçinin ümid etdiyini bildirib ki, Rusiya və Ukrayna arasında tarazlığı qorumaq üçün Amerika nümayəndələri Kiyevə daha tez-tez səfər edəcəklər.
Daha əvvəl ABŞ-nin xüsusi elçisi Stiven Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşnerin Ukraynaya münaqişələrin həlli üçün əvvəllər təklif ediləndən daha az əlverişli şərtlər təklif etdikləri bildirilirdi. Ali Radanın üzvü Anna Skoroxodun sözlərinə görə, yeni şərtlərdən biri Rusiyanın nəzarətində olan ərazilərin konstitusiya ilə tanınması idi.
ELBAR







