Əsas məzmuna keç

Tramp 11 sentyabr hücumları zamanı onun harada olduğu barədə xəbərlərin təkzib edilməsini istəyib

ABŞ Prezidenti Donald Tramp 11 sentyabr 2001-ci ildə harada olduğu və fəaliyyəti ilə bağlı “şübhəli ifadələr” verdiyi iddia edilən “New York Magazine” məqaləsinin təkzib edilməsini tələb edib.

Tezadlar.az xəbər verir ki, prezident Tramp sosial media hesabında “New York Magazine”nin “Tramp 11 sentyabrda harada olduğu barədə qəribə bir yalan danışır” başlıqlı məqaləsi ilə bağlı paylaşım edib.

Jurnalı “uğursuzluq” adlandıran Tramp “Düşünmürəm ki, kimsə məni əvvəlcə düşünər, amma mən orada idim. Əlbəttə ki, binaların uçduğu gün yox, amma qısa müddət sonra ora getdim” deyib.

O, məqaləni “yalan” adlandırıb və təkzib edilməsini tələb edib.

11 sentyabr 2001-ci il hücumları

11 sentyabr 2001-ci il səhəri Nyu-York Manhetten adasında yerləşən ikonik Əkiz Qüllələr olan Dünya Ticarət Mərkəzinə terror hücumları ilə oyandı.

Nyuark, Boston və Vaşinqtondan San Fransisko və Los-Ancelesə gedən dörd sərnişin təyyarəsinin qaçırılmasından sonra, Los-Ancelesə gedən American Airlines təyyarəsi yerli vaxtla səhər saat 8:46-da Nyu-Yorkdakı Əkiz Qüllələrin şimal qülləsinə çırpıldı.

Şimal qülləsi alov içində olarkən, qaçırılan başqa bir United Airlines təyyarəsi ilk hücumdan 17 dəqiqə sonra, səhər saat 9:03-də canlı yayımda cənub qülləsinə çırpıldı.

Əkiz Qüllələrə edilən hücumlardan sonra qaçırılan başqa bir təyyarə Pentaqon binasına çırpıldı.

Təyyarələri qaçıran 19 hücumçu istisna olmaqla, 11 sentyabr hücumları nəticəsində Nyu-York, Vaşinqton və Pensilvaniyada ümumilikdə 2977 nəfər həlak oldu.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…