Müğənni Elvin Abdullayev TikTok platformasından şikayətlənib.
Tezadlar.az xəbər verir ki, sənətçi platformada normal video, klip və yeni işlərini paylaşanda marağın az olduğunu bildirib. O, yemək videolarının isə daha çox diqqət çəkdiyini vurğulayıb:
“TikTok nə səviyyəsiz platformadır. Normal video, klip və ya nə bilim, yeni işlərdən qoyursan, maraq dairəsi sıfır. Yemək yeyib, marçıldayaraq paylaşanda hamı deyir, səndən yoxdur, əla yeyirsən”.








