ABŞ və İran nümayəndələri yeddi aydır davam edən müharibənin başa çatdırılması istiqamətində yenilənmiş səylər çərçivəsində vasitəçilərlə ayrı-ayrılıqda danışıqlar aparıblar. Tezadlar.az xəbər verir ki, “Reuters”in iki ölkənin rəsmilərinə istinadən yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Tramp da Ağ Evdə jurnalistlərə açıqlamasında ABŞ rəsmilərinin bazar ertəsi vasitəçilərlə ayrıca görüşlər keçirdiyini bildirib. Danışıqlardan xəbərdar olan mənbənin sözlərinə görə, növbəti müzakirələrin İranın ötən həftə BMT Baş Assambleyası çərçivəsində təqdim etdiyi yeddi günlük təklifin yenilənmiş variantı üzərində cəmləşəcəyi gözlənilir. İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran ABŞ-ın atəşkəs və Hörmüz boğazında naviqasiyanın bərpası ilə bağlı İranın son təkliflərinə cavabını gözləyir. “Əgər amerikalılar razılaşma və ya sülh yolu ilə həll axtardıqlarını bildirirlərsə, biz artıq bu həlli təqdim etmişik”, – deyə Əraqçi qeyd edib.
ABŞ və İran nümayəndələri vasitəçilərlə ayrı-ayrılıqda danışıqlar aparıb!





