Əsas məzmuna keç

Təl-Əvivə uçan sərnişin təyyarəsini pilot qəzaya uğratmaq istəyib?… (FOTO)

Xəbər verdiyimiz kimi, Dubaydan Təl-Əvivə uçan sərnişin  təyyarəsinin qaçırıldığı iddia olunub.

Tezadlar.az  xəbər verir ki, “Flydubai” aviaşirkətinə məxsus, göyərtəsində 174 sərnişinin olduğu təyyarə qeyri-adi şəkildə Səudiyyə Ərəbistanına yönləndirilib.

Dubaydan Təl-Əvivə uçan sərnişin təyyarəsi qısa müddət əvvəl Səudiyyə Ərəbistanı üzərində uçarkən fövqəladə vəziyyət siqnalı ötürüb.

Bu barədə  Times of Israel məlumat yayıb.

Uçuşların izlənməsi məlumatlarına görə, “Flydubai” aviaşirkətinə məxsus təyyarə əvvəlcə beynəlxalq fövqəladə vəziyyət siqnalı olan “7700” kodunu göndərib. Qısa müddət sonra isə qaçırılma və ya qanunsuz müdaxilə mənasını verən “7500” kodu ötürülüb.

Təhlükəsizlik mənbələrinin məlumatına görə, İsrail Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri sözügedən təyyarəyə doğru havaya qaldırılıb. İvritdilli KİV-lər Baş nazir və müdafiə nazirinin fövqəladə məsləhətləşmələr keçirdiyini bildirir. Təyyarə hazırda uçuşların izlənməsi üzrə saytlarda artıq görünmür. Hadisə ilə bağlı hələlik əlavə məlumat yoxdur.

***

Lakin sonradan İsrailin “Channel 12” kanalı qaçırılma siqnalının pilotlar arasında baş verən mübahisə səbəbindən verildiyini açıqlayıb. Bildirilib ki, pilot kabinəsində başlayan dava bir neçə dəqiqə davam edib.

Məlumata görə, pilotlardan biri rusiyalı, digəri isə ukraynalıdır. Mübahisənin səbəbi açıqlanmayıb. Təyyarə Səudiyyə Ərəbistanına endikdən sonra hər iki pilot hava gəmisindən çıxarılıb.

İsrailin ivritdilli mediasında sərnişinlərin ifadələrinə istinadən yayılan təsdiqlənməmiş məlumatlara görə, pilotlardan biri qəsdən təyyarəni qəzaya uğratmağa cəhd edib. Bildirilir ki, ikinci pilot sərnişinlərin köməyi ilə onun qarşısını alıb.

dubay dava

“Flydubai” da həmin reysdə pilotlar arasında mübahisə baş verdiyini təsdiqləyib.

Şirkətin məlumatına görə, təyyarə Səudiyyə Ərəbistanının Tabuk (TUU) hava limanına təhlükəsiz eniş edib. Bütün sərnişinlərin təhlükəsizliyi təmin olunub və onların hamısı qeydiyyata alınıb.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…