İran Hökumətinin sözçüsü Fatma Mohacerani xarici işlər naziri Abbas Əraqçinin ABŞ-dan aldığı son təklifi Prezident Məsud Pezeşkiana təqdim etdiyini açıqlayıb.
Tezadlar.az xəbər verir ki, Mohacerani mətbuata açıqlamasında ABŞ-nin təklifi ilə bağlı ətraflı məlumat verib.
O, Əraqçinin ABŞ-nin təklifini aldığını və baxılması üçün Prezident Pezeşkiana təqdim etdiyini bildirib və təklifin kabinet tərəfindən qiymətləndiriləcəyini əlavə edib.
Mohacerani həmçinin deyib: “Düşmənin İranı siyasi cəhətdən təcrid etmək səylərinə baxmayaraq, İran nümayəndə heyəti çoxsaylı Avropa ölkələri, Fars körfəzi ilə həmsərhəd ölkələr və digər rəsmilərlə intensiv diplomatik danışıqlar aparıb”.
ELBAR







