Rusiya Xarici İşlər Nazirliyi ötən ay 10 rus diplomatını qovan Macarıstana qarşı qisas tədbiri görüb.
Tezadlar.az xəbər verir ki, Rusiya ötən ay 10 diplomatını qovan Macarıstana qarşı qisas tədbiri görüb.
Moskva Macarıstanın hərəkətini “dost olmayan” adlandırıb və macar diplomatlarını qovmaq qərarına gəlib.
Nazirliyin açıqlamasında bildirilir ki, Macarıstanın müvəqqəti işlər vəkili nazirliyə çağırılıb və ona Moskvadakı Macarıstan səfirliyindən və Sankt-Peterburq və Kazandakı konsulluqlardan “bir qrup işçinin” qovulacağı bildirilib.
ELBAR







