Əsas məzmuna keç

Bakı İdman Sarayında “Sumqayıt” qalib gəlib

Azərbaycan Basketbol Liqasında ilk turun daha bir oyunu bu gün keçirilib.

Tezadlar.az xəbər verir ki, Bakı İdman Sarayında NTD ilə qarşılaşan “Sumqayıt” 111:94 hesablı qələbəyə sevinib.

Xatırladaq ki, mövsümün ilk oyununda “Sabah” “LANDAU Lions”u məğlub edib – 84:74.

Digər qarşılaşmalar 3 və 4 oktyabrda keçiriləcək. “Naxçıvan” – “Neftçi” görüşü Bakı təmsilçisinin FIBA Avropa Kubokunda iştirakına görə təxirə salınıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…