Əsas məzmuna keç

Hindistan Hörmüz boğazında vurulan tankerdə olan 5 vətəndaşının xilas edildiyini bildirir

Hindistan Hörmüz boğazında “obyekt” tərəfindən hədəf alınan Küveyt bayrağı altında üzən “MT Kazimah III” tankerində olan 5 vətəndaşının xilas edildiyini açıqlayıb.

Tezadlar.az xəbər verir ki, Omandakı Hindistan səfirliyi ABŞ-da yerləşən X şirkətinin sosial media platformasında Hörmüz boğazında “obyekt” tərəfindən hədəf alınan Küveyt bayrağı altında üzən “MT Kazimah III” tankeri ilə bağlı açıqlama yayıb.

Məlumatda tankerdə olan 5 Hindistan vətəndaşının təxliyə edildiyi və təhlükəsiz şəkildə sahilə çıxarıldığı bildirilir və xilasetmə işlərində göstərdikləri dəstəyə görə Oman hakimiyyətinə təşəkkür edilir.

Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caisval da xaricdə xidmət edən hind dənizçilərinin təhlükəsizliyini təmin etmək üçün səylərini davam etdirəcəklərini bildirib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…