23 Oktyabr 2022 / 16:46

NAXÇIVAN-BAKI REYSİ ÜZRƏ UÇAN TƏYYARƏ BU SƏBƏBDƏN HEYDƏR ƏLİYEV BEYNƏLXALQ AEROPORTUNA ENİŞ EDİB

“Azərbaycan Hava Yolları” aviaşirkətinin Naxçıvan-Bakı reysi (J2-256) üzrə uçan təyyarəsinin göyərtəsində salonun hermetikliyinin pozulmasını göstərən sensorun işə düşməsi nəticəsində oksigen maskaları açılıb.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildiriblər ki, təyyarə yerli vaxt ilə saat 20:01-də ştat rejimində Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Hazırda Bakı aeroportunun texniki xidməti hava gəmisinin yoxlanışını həyata keçirir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!