Oktyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının iclasında iştirak edib. Bu cür görüşlər üzv dövlətlər arasında siyasi dialoqun gücləndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və regional məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır. Mövcud geosiyasi proseslər fonunda MDB çərçivəsində əməkdaşlığın perspektivləri və təşkilatın regional məsələlərin həllindəki rolu da diqqət mərkəzindədir.
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Tezadlar.az-a açıqlamasında deyib ki, Azərbaycan bu təşəbbüsə NATO-BMT dialoq formatı kimi yanaşır:
“Hazırda regionda çoxsaylı problemlər və münaqişələr mövcuddur, geosiyasi sistem isə parçalanma ilə üzləşir. Belə bir şəraitdə qlobal təşkilatların fəaliyyətinə və beynəlxalq əməkdaşlıq mexanizmlərinin gücləndirilməsinə ehtiyac var. Ən azı bu cür formatlar müzakirələr aparmağa, qarşıdurma yaşayan tərəfləri bir masa arxasına gətirməyə imkan yarada bilər. Hazırda isə proseslər əks istiqamətdə inkişaf edir, gərginlik artır və mövcud əməkdaşlıq mexanizmləri zəifləyir. Bizim bu prosesə verə biləcəyimiz töhfə həmin formatları canlandırmaq, onların müharibəyə alternativ ola biləcəyinə tərəfləri inandırmaq və nəticə etibarilə yeni nailiyyətlərə nail olmaqdır. Bu baxımdan hesab edirik ki, Azərbaycan əməkdaşlığın yeni formatları çərçivəsində mühüm uğurlar əldə edə bilər. Mövcud proseslər və dəyişən şərait belə imkanların yaranmasını zəruri edir”.
Aysel Timur







