Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Bu gün Rusiyada “Telegram” messencerinin işində nasazlıqlar müşahidə olunur. Bu, məşhur internet resurslarının işinə nəzarət edən Brand Analytics uğursuzluq monitorinqi sisteminin məlumatlarından irəli gəlir.
Moskva vaxtı ilə saat 11:45-ə olan məlumata görə, problemlə qarşılaşan istifadəçilərin 77%-i messencerin işləmədiyini, 14%-i proqramda fasilələrdən, 5%-i mesajların qəbulunda çətinliklərdən şikayətlənib. Ən çox şikayətlər Moskva, Sankt-Peterburq, Yekaterinburq, Rostov-na-Donu, Krasnodar, Ufa və Xabarovskdan daxil olub.
Bundan əvvəl bir sıra ölkələrdə “Whatsapp” messencerində nasazlıqlar barədə məlumat verilmişdi.
E.ŞİRİNOV