Dünən saat 12:40 radələrində 2014-cü il təvəllüdlü azyaşlı (qadın cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Tezadlar.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Bildirilib ki, qapalı kəllə-beyin travması, döş qəfəsinin və qarının küt travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib və ixtisaslı tibbi yardım üçün Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir.
XXX
Xatırlatma: 94 nömrəli tam orta ümumtəhsil məktəbinin 7-ci sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) tənəffüs zamanı II mərtəbənin pəncərəsindən yıxılıb. Bu barədə Bakı Şəhər Təhsil İdarəsi məlumat yayıb. Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb. Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ nəzarətə götürülüb və aidiyyəti qurumlar tərəfindən müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır. Məlum olub ki, şagird psixotrop maddə qəbul edibmiş.
Səbuhi







