Əsas məzmuna keç

Sergey Lavrov Bakıya gəldi

Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana gəlib.

TASS xəbər verir ki, Lavrovun təyyarəsi Bakıya enib.

___________

Rusiyanın xarici işlər naziri Sergey Lavrov oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək.

Tezadlar.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

“Oktyabrın 15-də Bakıda Rusiya Federasiyasının xarici işlər naziri Sergey Viktoroviç Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək”, – məlumatda qeyd olunub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…