26 Oktyabr 2022 / 08:53

JURNALİST 8 İL MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLDİ

Bu gün Minsk Şəhər Məhkəməsi jurnalist Sergey Satsuku 8 il müddətinə azadlıqdan məhrum edib.

BelTA agentliyinin məlumatına görə, Satsuk məhkəmə tərəfindən vəzifə səlahiyyətlərini aşmaqda, həmçinin külli miqdarda rüşvət almaqda təqsirli bilinib.

Qeyd edək ki, jurnalist Satsuk “Gündəlik” nəşrinin sahibi olan “İnter-Smith” əlavə məsuliyyətli şirkətin rəhbəridir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!