Əsas məzmuna keç

Zelenski münaqişənin həlli yollarını tapmağa diqqət yetirməlidir ki…

Ukrayna Prezidenti Volodimir Zelenski, ilk növbədə, münaqişənin həlli yollarını tapmağa diqqət yetirməlidir. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Marko Rubio Səmərqənddə jurnalistlərə bildirib. “Onun diqqət yetirməli olduğu və bizim özümüzün diqqət yetirmək istədiyimiz şey bu müharibəyə son qoymaqdır. O, məhz buna diqqət yetirməlidir. Biz hamının buna diqqət yetirməsini istərdik”, Rubio deyib. ABŞ Dövlət Katibi Zelenskinin ABŞ-ın Kiyevə bəzi kəşfiyyat məlumatlarının ötürülməsini dayandırdığına dair iddialarına münasibət bildirmək niyyətində olmadığını deyib. Dövlət Katibi qeyd edib ki, Zelenskinin bu məlumatı haradan aldığını bilmir və jurnalistlərə şəxsən ondan soruşmağı məsləhət görüb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…