Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 Oktyabr 2022 / 14:22

LİVAN VƏ İSRAİL ARASINDA DƏNİZ SƏRHƏDLƏRİNİN DEMARKASİYASI HAQQINDA SAZİŞ İMZALANIB

Livan və İsrail arasında dəniz sərhədinin demarkasiyasına dair sazişin qüvvəyə minməsi münasibətilə keçirilən yekun mərasim cümə axşamı günü BMT sülhməramlılarının Ras-en-Nakuredəki qərargahında başa çatıb.

Bu barədə TASS-a Livandakı diplomatik mənbə məlumat verib.

“Livan və İsrail nümayəndə heyətləri imzalanmış sənədləri BMT-nin xüsusi əlaqələndiricisi Coanna Vronetskayaya təhvil veriblər”, – deyə mənbə bildirib.

Mərasimdə tərəflər arasında vasitəçi kimi çıxış edən amerikalı emissar Amos Hawksteen, həmçinin ABŞ və Fransa səfirləri iştirak ediblər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!