ABŞ Prezidenti Dnald Tramp Ukrayna lideri Volodimir Zelenskini müharibəni bitirmək istəmədiyinə görə bir daha kəskin tənqid edib.
Ağ Ev rəhbərinin yeni açıqlamaları ABŞ və Ukrayna arasında münasibətlərin kəskin şəkildə soyuması fonunda verilir. Kiyev Amerikanın hərbi yardımında fasilələr olduğunu bildirir.
Donald Tramp da öz növbəsində Zelenskini müharibəni bitirmək istəməməkdə günahlandırır.
Jurnalistlər Trampdan Zelenskinin “Amerika hökuməti Rusiyanı dəstəkləsə, özlərini tarixin səhv tərəfində” tapacaqları barədə son açıqlaması barədə soruşublar.
“Bunu Zelenski dedi? Zelenski nədən danışdığını bilmir. Zelenski bu müharibəni çoxdan həll etməli olan bir adamdır.
Əgər o, məni dinləsəydi, çoxdan daha yaxşı bir razılaşma əldə edərdi”, – deyə ABŞ prezidenti cavab verib.
O, əlavə olaraq vurğulayıb ki, “başqasının Ukrayna adından danışıqlar aparmasının vaxtıdır”.
“Bəlkə də Zelenskinin danışıqlar aparmaq üçün başqa birini tapmasının vaxtıdır”, – deyə Tramp qeyd edib.
O, əvvəllər Vladimir Zelenskinin “böyük fanatı” olmadığını və Ukraynadakı münaqişəni həll etmək istəyinə şübhə etdiyini bildirmişdi.
Y.Məmmədli







