Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Moskva vilayətinin sakini “Forbes”in siyahısındakı rusiyalı milyarderdən hədə-qorxu ilə 40 milyon rubl tələb etdiyi üçün saxlanılıb.
REN TV-nin məlumatına görə, hücum edən şəxs “Rusaqro”nun təsisçisi Vadim Moşkoviçdən külli miqdarda pul almağa çalışıb. Cinayətkar iş adamının şərəf və ləyaqətini ləkələyən bəzi məlumatlar, fotolar və yazışmalar yaymaqla hədələyib. Moşkoviç hüquq-mühafizə orqanlarına müraciət etmək qərarına gəlib.
Qəsbçi ilə görüş Rublyovkada yerləşən “Veranda” restoranında baş tutub. Pul köçürən zaman hücum edən şəxs tutulub.
Faktla bağlı “Xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə” maddəsi ilə cinayət işi başlanıb.
E.ŞİRİNOV