ABŞ-ın milli borcu son iki ayda təxminən 400 milyard dollar artaraq yeni rekord həddə çatıb.
Borclanma 40,4 trilyon dollara yaxınlaşıb.
Bu məlumatlar ABŞ Maliyyə Nazirliyinin qeydlərində yer alıb.
Təxminlərə görə, təkcə oktyabr ayının birinci yarısında ümumi məbləğə daha 250 milyard dollar əlavə olunub və milli borc 40,396 trilyon dollara çatıb. Bu, rekord həddir.
Analitiklər 2030-cu ilə qədər bu rəqəmin 50 trilyon dolları keçə biləcəyini proqnozlaşdırırlar.
ABŞ Konqresinin Büdcə İdarəsi 2036-cı ildə dövlət borcunun ÜDM-i 20 faiz üstələyəcəyini təxmin edir.
Qeyd edək ki, ABŞ-ın borcu 2017-ci ildən bəri təxminən 20 trilyon dollar artıb.
JASMİN







