Əsas məzmuna keç

Türk ölkəsində yeni əlifba təsdiqləndi

trend sened qanun qerer emr serencam ferman imzalama layihe

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkənin latın qrafikalı əlifbasının təkmilləşdirilməsini nəzərdə tutan qanunu imzalayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “Pressa.uz” məlumat yayıb.

Yeni əlifbanın 28 hərf və bir apostrofdan ibarət olacağı bildirilir. Dörd hərf birləşməsi yeni hərflərlə əvəzlənəcək: “G'” – “Ğ”, “O'” – “Ö”, “Sh” – “Ş”, “Ch” – “Ç”. Həmçinin “Ng” birləşməsi əlifbadan çıxarılacaq.

Məlumata görə, vətəndaşların adlarını pasportlarda, sürücülük vəsiqələrində və digər sənədlərdə dərhal dəyişməsinə ehtiyac yoxdur.

Xatırtladaq ki, uzun illər boyu ölkədə həm kirill, həm də latın əlifbaları yanaşı istifadə olunsa da, 2023-cü il yanvarın 1-dən bütün dövlət qurumlarında rəsmi sənədləşmənin tam olaraq latın qrafikasına keçirilməsi prosesi sürətlənib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…