Əsas məzmuna keç

Gec yemək qaraciyər üçün təhlükəlidir?

Ночная еда и здоровье печени

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər.

Tezadlar.az xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb.

ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetinin alimləri tərəfindən aparılan və “Clinical Gastroenterology and Hepatology” jurnalında dərc olunan tədqiqatın nəticələrinə görə, axşam yeməyindən sonra və ya yatmazdan əvvəl müntəzəm qida qəbul edən insanlarda qaraciyər xəstəliklərinə rast gəlinmə göstəricisi 20-30 faiz daha yüksəkdir.

Alimlər bildirirlər ki, orqanizmin bioloji saatı qidaların emalında mühüm rol oynayır. Bədən yuxuya hazırlaşarkən yemək yemək qidaların emalını çətinləşdirə bilər. Bu vərdiş uzun müddət davam etdikdə piylənmə, diabet və qaraciyər problemləri ilə əlaqəli ola bilər.

Tədqiqatın müəllifləri gündəlik kalori qəbulunu yatmazdan bir neçə saat əvvəl dayandırmağın faydalı ola biləcəyini qeyd edirlər.

Bununla belə, araşdırma gec saatlarda yeməyin birbaşa qaraciyər xəstəliklərinə səbəb olduğunu sübut etmir. Alimlər yemək saatlarını daha erkən vaxta çəkməyin qaraciyər sağlamlığına təsirini müəyyənləşdirmək üçün əlavə tədqiqatlar aparmağı planlaşdırırlar.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…