Əsas məzmuna keç

“Fənərbağça”da ciddi itki

Türkiyə təmsilçisi “Fənərbağça”nın futbolçusu Marko Asensio 3 ay yaşıl meydanlardan kənar qala bilər.

Tezadlar.az xəbər verir ki, bu barədə Superliqa klubunun mətbuat xidməti məlumat yayıb.

Sol dizindəki zədə səbəbindən əməliyyat keçirən futbolçunun müalicə və reabilitasiya prosesinin təxminən 3 ay davam edəcəyi gözlənilir.

Komandanın digər futbolçusu Natan Akenin isə təxminən 3 həftə yaşıl meydanlardan kənar qalmaq ehtimalı var.

Qeyd edək ki, “Fənərbağça” ötən gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda Çexiyanın “Slaviya” klubu heç-heçə (2:2) edib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…