Çinin Tibet Muxtar Bölgəsində baş verən 7 bal gücündə zəlzələ nəticəsində azı 16 nəfər həlak olub, 32 nəfər yaralanıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Məlumata görə, yaralılardan 11-nin vəziyyəti ağırdır. Təbii fəlakət nəticəsində 300-dən çox ev dağılıb.
Hazırda zəlzələnin vurduğu ziyanın qiymətləndirilməsi və fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.







