Əsas məzmuna keç

ABŞ Ukrayna müharibəsinin həlli ilə bağlı yeni təkliflər hazırlayıb və…

ABŞ Ukraynada müharibənin nizamlanması ilə bağlı yeni təkliflər hazırlayıb. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə “The Economist” məlumat yayıb. Təkliflər planına Donbasda demilitarizasiya zonasının yaradılması daxildir. Plan çərçivəsində Rusiyaya sanksiyaların yumşaldılması, ABŞ şirkətləri ilə iqtisadi sazişlərin bağlanması və Vaşinqtonla münasibətlərin normallaşdırılması təklif ediləcək. Ukraynaya isə NATO-ya üzv olmaqdan imtina etməsi müqabilində investisiyalar və Avropa İttifaqına üzvlük perspektivi vəd olunur. Bundan əlavə, Rusiya qazının Avropaya tədarükünün bərpası və “Şimal axını” qaz kəmərinin yenidən işə salınması məsələləri də müzakirə edilir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…