Bu gün Azərbaycan Yazıçılar Bilrliyinin Natəvan klubunda poetik baxışlarını özünəməxsus üslubda sözə çevirən, istedadlı şair, Prezident təqaüdçüsü Ramil Mərzilinin sayca altıncı kitabının təqdimatı oldu.
Təqdimatda şairin yaradıcı dostları, eləcə də Azərbaycanın tanınmış ziyalıları, şair və yazıçılar, şairin dostları iştirak edirdilər.
AYB üzvü, şairə Nəcibə İlkinin aparıcılığı ilə keçən təqdimat mərsimində çıxış edən Azərbaycan Pedaqoji Universiteti nəşriyyatının direktoru Hüseyn Hacıyev, Bakı Dövlət Universitetinin professoru Boran Əziz, AYB-nin şöbə müdiri, “Ulduz” Jurnalının baş redaktoru, şair, Prezident təqaüdçüsü Qulu Ağsəs, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili və başqaları şairin yaradıcılığını dəyərləndirdilər, ona daha böyük yaradıcılıq uğurları arzuladılar.
Sonra Ramil Mərzili təqdimat mərasimində iştirak edən qonaqlara dərin təşəkkürünü bildirdi.
Elçin Məmmədli







