Əsas məzmuna keç

ABŞ-da futbol stadionunun yaxınlığında baş verən atışma nəticəsində 12 nəfər yaralanıb

ABŞ-nin Florida ştatında futbol stadionunun yaxınlığında baş verən atışma nəticəsində altı uşaq da daxil olmaqla 12 nəfər yaralanıb.

Tezadlar.az xəbər verir ki, NBC News-un məlumatına görə, Tallahassee Polis İdarəsi Florida A&M Universitetinin Bragg Memorial Stadionu yaxınlığında atışma baş verdiyini bildirib.

Açıqlamada yaralanan on iki nəfərdən altısının uşaq olduğu, üçünün isə ağır vəziyyətdə olduğu bildirilib.

Açıqlamada digər yaralıların vəziyyətinin sabit olduğu və hücumdan əvvəl davanın baş verə biləcəyi qeyd edilib.

Faktla bağlı araşdırma başlanıb.

Hücumdan sonra universitet rəhbərliyi sosial mediada kampus icmasını ərazidən uzaq durmağa çağıran bir bəyanat yayıb.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…