Əsas məzmuna keç

“Skapenin kələkləri” Ağdam teatrında -tamaşanın məşqləri başlayıb

Ağdam Dövlət Dram Teatrında fransız dramaturqu Jan-Batist Molyerin (1622-1673) “Skapenin kələkləri” (1671) komediyası əsasında hazırlanan eyniadlı tamaşanın məşqlərinə başlanılıb.

Tezadlar.az   xəbər verir ki,  tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Racu Şıxlı, quruluşçu rəssamı Müşfiq Qarayev, geyim üzrə rəssamı Qönçə Həzizadə, işıq rəssamı Anar Şükürov, səs rejissoru Elşən Cəfərov, rejissor assistenti isə Ceyhun Yusifovdur.
Səhnə əsərində rolları Fərhad Fərhadzadə (Skapen), Elman Məhərov (Jeront), Rüstəm Məmmədov (Oktav), Ramil Hüseyzadə (Leandr), Sərdar Əlizadə (Arqant), Zərifə Ağayeva (Giasinta), Nuranə Əliyeva (Zerbinetta), Tural Yusifov (Silvestr) və Mahir Xəlilov (Karl) canlandıracaqlar.
Kütləvi səhnələrdə Anar Zeynalov, Teymur Kərimov, Sadiq Bağırov, Ruslan Əliyev və Nahid Məmmədov iştirak edəcəklər.
Tamaşanın premyerasının 2026-cı ilin dekabr ayında keçirilməsi nəzərdə tutulur.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…