…Bəli, Ukrayna ərazi bütövlüyünü qorumaq üçün müharibə aparmaqla müdafiə olunur, Rusiyanın hərbi- strateji obyektlərini vurur… Rusiya ordusu isə Ukraynanın mülki obyektlərinə zərbə endirməklə mülki əhaliyə divan tutur. Tezadlar.az xatırladır ki, sosial media istifadəçisi Yaqub Babalar bu barədə ürək yanğısı ilə yazır: “Ukraynada mülki qatar vağzalında putinin dünən törətdiyi gətliamdan bir görüntüdü. Bu nadir hadisə deyil, dinc əhali indi hər gün belə terrorla məhv edilir. Belə bir faşistlə türklərin Turan qurmaq həvəsi necə yaranır, görəsən. Heç olmasa gözləyin müharibə qurtarsın, bu xoşniyyət qardaşlıq təşkilatı indidən qınağa tuş olmasın,
ukrayna xalqı rəğbət, imdad umduğu türk dövlətlərini faşistə qucaq açan görməsin…”.
Sözün bitdiyi yer.







