7 Avqust 2021 / 09:47

BAKIDA AĞACLIQ ƏRAZİDƏ BAŞ VERƏN YANĞIN SÖNDÜRÜLDÜ – YENİLƏNİB

Səbail rayonu, Mehdi Hüseyn küçəsində ağaclıq ərazidə baş veren yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, yanğın nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən qısa müddətdə söndürülüb.

12:55

Bakıda ağaclıq ərazidə yanğın başlayıb.

Hadisə paytaxtın Səbail rayonu, Mehdi Hüseyn küçəsində qeydə alınıb.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!