Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Odessada bu gün şəhərin banisinin – daha çox II Yekaterinanın abidəsi kimi tanınan abidəni sökürlər. Heykəlin qoyulduğu meydana gedən küçələr səhər saatlarından polis tərəfindən bağlanıb.
Tikinti texnikası postamentə gətirilib, hazırda tikinti briqadaları abidənin ətrafındakı maneəni sökürlər. Sonra növbə abidənin özünə gələcək.
Abidə 1900-cü ildə şəhərin qurulmasını əmr edən bu rus kraliçasının xatirəsinə açılıb.
Bu il prezident Zelenski Odessa şəhər şurasından istənilən Rusiya irsi obyektlərindən qurtulmağı tələb edib. Nəticədə, noyabrda abidənin söküləcəyi açıqlanıb.
E.ŞİRİNOV