7 Fevral 2023 / 08:30

MOSKVA VƏ KRASNOYARSKDA TERROR QRUPLAŞMASI MƏHV EDİLİB

Rusiyanın iki şəhərində “Kətibə Tövhid vəl-Cihad” terror təşkilatının bir dəstəsi məğlub edilib.

Bu məlumatı Rusiya Federasiyası FTX-yə istinadən TsOS yayıb.

“Beynəlxalq terror təşkilatı “Kətibə Tövhid vəl-Cihad”ın regionlararası hücrəsinin fəaliyyəti dayandırılıb”, – məlumatda deyilir.

Agentliyin məlumatına görə, saxlanılanlar Suriyaya silahlıları cəlb edib göndərir, həmçinin terror aktları törətməyə çağırırdılar. İslamçı hücrələr Moskva və Krasnoyarskda yerləşirdi.

Hüquq-mühafizə orqanlarının əməkdaşları islamçılardan təbliğat videoları, rabitə vasitələri, qadcetlər və bank kartlarını müsadirə ediblər. Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.

Xatırladaq ki, 2017-ci ildə Sankt-Peterburq metrosunda partlayış törədən “Kətibə Tövhid vəl-Cihad” terror təşkilatı olub. Mərkəzi Asiya ölkələrində bu təşkilatın tərəfdarları mütəmadi olaraq saxlanılır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!