Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ukraynada Çerniqov şəhər hərbi idarəsi yaradıldı. Müvafiq sərəncamı prezident Vladimir Zelenski imzalayıb. Mətn Ukrayna liderinin rəsmi saytında dərc olunub.
“Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı, Çerniqov Vilayət Dövlət Administrasiyası “Hərbi vəziyyətin hüquqi rejimi haqqında” qanuna uyğun olaraq, hərbi idarənin formalaşdırılması ilə bağlı tədbirlər həyata keçirsin”, – sənəddə deyilir.
Qeyd edək ki, fərman dərc edildiyi gündən, yəni fevralın 7-dən qüvvəyə minib. Çerniqov şəhər hərbi administrasiyasına kimin rəhbərlik edəcəyi barədə hələlik məlumat verilmir.
Bundan əvvəl Vladimir Zelenski Ruslan Dziubanı Milli Qvardiyanın komandanının müavini vəzifəsindən uzaqlaşdırıb. İşdən çıxarılma səbəbləri məlum deyil.
E.ŞİRİNOV