Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Kahramanmaraşın hərəkətli küçələrində zəlzələdən əvvəl və sonra çəkilən havadan görüntülər dağıntıların miqyasını ortaya çıxarıb.
Zəlzələlərdən ən çox zərər çəkən Dulkadiroğlu və Onikisubat rayonlarında çoxlu bina dağılıb. Kahramanmaraşın hər yerində minlərlə insanın ölümünə səbəb olan zəlzələlər, xüsusilə şəhərin iki mühüm küçəsi olan Azərbaycan və Trabzon bulvarlarında çoxmərtəbəli binaları dağıdıb.
12 Fevral Stadionunun yerləşdiyi Şazibey Məhəlləsi zəlzələnin dağıdıcı təsirini hiss edən yaşayış məntəqələrindən biri oldu. Bir-birinin ardınca baş verən zəlzələlərdə stadionun ətrafındakı binalar dağıntıya çevrilib.
E.ŞİRİNOV