Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


“Mart ayından etibarən zəlzələ baş verən ərazilərdə inşaat fəaliyyətləri başlayacaq”.
Tezadlar.az Haber-Türk-ə istinadla bildirir ki, bu barədə Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Naziri Murat Kurum məlumat verib. O bildirib ki, yeni inşa olunacaq binalar 4-5 mərtəbəni keçməyəcək.
Nazir həmçinin qeyd edib ki, hazırda çox sürətlə söküntü işləri aparılır və yaxın günlərdə binaların inşa olunacağı yerlər də təstiq olunacaq.
Azərbaycanda isə hələki Bakıda 20-25 mərtəbəli evlərin tikintisində yarış gedir. Mətbuatda çıxış edən vətəndaşlar və videogörüntülər isə bir daha təsdiq edir ki, nəzarətsiz tikilmiş bu binaların böyük əksəriyyəti istismara yararsızdır, illərdir vətəndaşların pulu hesabına tikilən binalarda yaşamaq təhlükəlidir. Bu tikililərə icazə vermiş, şərait yaratmış rəsmi qurumlar isə susur.
A.Məmmədli